Fransanın “Mirage-2000” qırıcılarının Ukraynaya çatdırılması münaqişənin gedişatını dəyişdirə bilməyəcək. Bu barədə Amerikanın “The National Interest” jurnalı fevralın 7-də məlumat yayıb.
“Mirage 2000 təyyarəsi Kiyevə gətirilən F-16 qırıcıları ilə birlikdə Ukraynanın hərbi hava qüvvələrini gücləndirə bilər, lakin dalana dirənmiş hazırkı münaqişənin gedişatına təsir etməyəcək”, – məqalədə deyilir.
Günün əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, “Mirage-2000”in Ukraynaya verilməsi vəziyyəti Qərb və Kiyev rejimi üçün daha da böyük çıxılmaz vəziyyətə salacaq. (İzvestia)