Misir mülki aviasiyası İran hakimiyyət orqanlarından müvəqqəti olaraq İslam Respublikasının hava məkanında uçuşlardan çəkinməsi ilə bağlı tövsiyələr alıb. Bu barədə Misirin “Extra News” telekanalı məlumat yayıb.
Misirin mülki aviasiya strukturlarındakı mənbəsinin sözlərinə görə, Tehran uçuşların müvəqqəti qadağan edilməsini İran səmasında bəzi “hərbi təlimlər” keçirməklə izah edib. Telekanal iddia edir ki, belə bir xəbərdarlıq dünyanın müxtəlif ölkələrinin mülki aviaşirkətlərinə göndərilib. (Tsss)