Misir Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəsin bərqərar edilməsinə dair razılaşmaya son nöqtəni qoymaq üçün digər vasitəçilərlə işləyir. Bu barədə “Asharq” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Qahirə “uzadılma imkanı ilə Qəzzada beş gün müddətinə atəşkəs yaratmağa çalışır”.
Bundan əvvəl HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə hərəkatın və İsrail hakimiyyətinin “atəşkəs razılaşmasına yaxınlaşdıqlarını” bildirmişdi. Onun sözlərinə görə, “Həmas Qətərə və digər vasitəçilərə öz cavabını verib”. (Tass)