Misir, Qətər və ABŞ Fələstinin Qəzza zolağında humanitar atəşkəsin uzadılması ilə bağlı intensiv məsləhətləşmələr aparır. Bu barədə Misirin rəsmi mənbəsinə istinadən “ Əl-Qahira əl-Ekhbariya” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, “Misir və Qətərin səyləri ərəfədə girov və əsirlərin dəyişdirilməsi prosesini başa çatdırmağa və humanitar atəşkəs rejimini davam etdirməyə imkan verdi”. (Tass)