Misir Qəzza zolağında köçkünlər üçün ikinci düşərgənin tikintisini başa çatdırıb və üçüncü düşərgənin tikintisinə başlamağa hazırdır. Bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, üçüncü düşərgə Fələstin anklavının mərkəzi hissəsində yerləşən Deyr əl-Bələh əyalətinin şimalında yerləşəcək. Bundan əlavə, Misir hakimiyyəti Qəzzada həkimlərin ehtiyaclarına uyğun təchiz ediləcək əməliyyat otaqları ilə təchiz olunmuş səhra xəstəxanası tikməyi planlaşdırır. Mənbə əlavə edib ki, ümumilikdə Misir tərəfi “İsrailin Qəzzaya təcavüzü nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan minlərlə fələstinliyə” sığınacaq və müalicə, eləcə də yardım göstərməyi planlaşdırır. (Tass)