Türkiyədə məhkəmə tanınmamış Kosovodan olan Liridon Rexhepi-ni respublikada fəaliyyət göstərən İsrail kəşfiyyat agentləri Mossad-ı maliyyələşdirməkdə ittiham edərək həbs edib. Bu barədə TRT Haber telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyə əks-kəşfiyyatı Rexhepi İstanbula gələndən onun üzərində casusluq edir. Avqustun 30-da terrorla mübarizə idarəsi ilə birgə keçirilən əməliyyat zamanı şübhəli şəxs saxlanılıb.
İşin istintaqı zamanı müəyyən edilib ki, Rexhepi Suriya da daxil olmaqla kəşfiyyat məlumatları toplayan və “Fələstin siyasətçilərinə qarşı psixoloji əməliyyatlar” həyata keçirən Mossad agentlərinə pul köçürüb. Köçürmələr üçün o, Western Union ödəniş sistemindən istifadə edib.
Dindirilmə zamanı Rexhepi İsrail agentlərinə pul köçürmələri etməkdə günahını etiraf edib.