İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ dövlət katibi Antoni Blinkenə Qəzza zolağı ilə bağlı razılaşmaya doğru irəliləmək üçün məsləhətləşmələri davam etdirmək üçün bu həftə Qahirəyə danışıqlar aparacaq nümayəndə heyəti göndərəcəyini bildirib. Bu barədə “The Times of Israel” adı açıqlanmayan İsrail nümayəndəsinə istinadən xəbər verir.
Onun məlumatına görə, Mossad-ın kəşfiyyat direktoru David Barneanın başçılıq edəcəyi nümayəndə heyətinə Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar və girovların mübadiləsi üzrə koordinator, ehtiyatda olan general-mayor Nitzan Alon da daxildir. Nəşr qeyd edir ki, hər üç şəxs ötən həftənin sonunda Qətərdə Qəzza sövdələşməsinə dair danışıqlarda iştirak edib.
Avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi məqsədi ilə məsləhətləşmələrin yeni mərhələsi keçirilib. Danışıqlarda Qətər tərəfdən baş nazir və xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Al Tani iştirak edib. ABŞ-ı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Misiri isə kəşfiyyat xidmətinin rəhbəri Abbas Kamel təmsil edib. (Tass)