Növbəti Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) sammiti 27 yanvar 2024-cü ildə Hindistanda baş tuta bilər. Bu barədə “Press Trust of India” (PTI) xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bu məlumata görə, Yeni Dehli ABŞ prezidenti Co Bayden, Yaponiyanın baş naziri Fumio Kişida və avstraliyalı həmkarı Entoni Albaneseni qəbul etməyi gözləyir.
Hindistan daha əvvəl Baydeni 26 yanvar 2024-cü ildə Respublika Günü qeyd etmələrində baş qonaq olmağa dəvət etmişdi. PTI mənbələrinə görə, dördlük sammiti ertəsi gün baş tuta bilər, “əgər hər şey plan üzrə getsə”.
QUAD liderlərinin əvvəlki sammiti bu ilin may ayında Xirosimada baş tutub. (Tass)