May 20, 2025-23:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Media Pakistanın 1 milyondan çox qeyri-qanuni əfqan qaçqını deportasiya edəcəyini açıqlayıb

2023:09:27 - 14:52
in DÜNYA
A A

Pakistanın müvəqqəti hökuməti Əfqanıstandan olan 1,1 milyon qeyri-qanuni qaçqını ölkədən öz vətənlərinə deportasiya etmək niyyətindədir. Bu barədə   “The Express Tribune” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Pakistan qarşıdan gələn deportasiya ilə bağlı Əfqanıstan hakimiyyətini məlumatlandırıb. Nəşrin həmsöhbətləri bildiriblər ki, Pakistan-Əfqanıstan münasibətlərində davam edən gərginlik fonunda İslamabadın belə qərar verməsi böyük siyasi əhəmiyyət kəsb edir. Qeyri-qanuni əfqan qaçqınların Pakistan vizası yoxdur, onların çoxu dövlət əleyhinə fəaliyyətdə və terrorda şübhəli bilinir.

Rəsmi məlumatlara görə, radikal Taliban hərəkatı  2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra bu ölkədən 400 minə yaxın insan qanunsuz olaraq Pakistana daxil olub. Onlardan əlavə, Pakistan hakimiyyəti ölkədə daha 700 min sənədsiz əfqan qaçqını müəyyən edib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bu həftənin əvvəlində verdiyi məlumata görə, Pakistanda Əfqanıstandan olan qaçqınların ümumi sayı 3,7 milyona çatıb.Onlardan təxminən 880,000 nəfərinin ölkədə yaşamaq icazəsinin müddəti bu il başa çatıb. Son iki il ərzində BMT QAK-ın yardımı ilə həyata keçirilən könüllü repatriasiya proqramı çərçivəsində Pakistandan Əfqanıstana cəmi 16 min əfqan qayıdıb. Hazırda 20 minə qədər əfqan Taliban hakimiyyətə gəlməmişdən əvvəl amerikalılar üçün işləyən əfqan vətəndaşlarının ABŞ-a köçürülməsi üçün P2 proqramında iştirak edir. (Tass)

Əvvəlki Yazı

Peskov: Vardanyanın həbsi ilə bağlı məlumatım yoxdur

Növbəti Yazı

Qərbi Azərbaycan İcması BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına cavab verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.