İsrail hökuməti ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında danışıqlar dayandırılıb. Bu barədə İsrailin dövlət televiziya və radio şirkəti Kan öz mənbələrinə istinadən məlumat yayıb.
Münaqişə tərəflərinin girovların azad edilməsi şərtləri ilə bağlı razılığa gələ bilməməsi səbəbindən məsləhətləşmələr dalana dirənib. “Mənbələr, tərəflər arasında fikir ayrılıqlarının çox böyük olduğunu, xüsusən də “müharibənin sonu” termini, həmçinin İsrailin HƏMAS-ın azad edilməsini tələb edə biləcəyi terrorçuların adlarına veto qoymaq tələbi ilə bağlı olduğunu deyib”. (Tass)