Fələstinin HƏMAS hərəkatı və İsrail Qəzza zolağında təklif olunan atəşkəsin müddəti və İsrail həbsxanalarında fələstinli məhbuslarla girov mübadiləsinin parametrləri barədə razılığa gəlib. Bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Misirin təhlükəsizlik strukturlarındakı mənbənin sözlərinə görə, “münaqişə tərəfləri atəşkəsin müddəti və girovların və məhbus fələstinlilərin azad edilməsi sxemi barədə razılığa gəliblər”. Kanalın mənbəsi əlavə edib ki, “sövdələşməni başa çatdırmaq üçün İsrail qoşunlarının Qəzza zolağının şimal hissəsindən çıxarılması və sakinlərin bu ərazilərə qayıtması barədə razılığa gəlmək lazımdır”.
Bir müddət əvvəl HƏMAS və İsrail nümayəndələrinin martın 3-də Misirin paytaxtına gələcəyi, orada Qəzza zolağında atəşkəsə nail olmaq və silah mübadiləsinə dair sazişin parametrlərinin müəyyənləşdirilməsi ilə bağlı çoxtərəfli danışıqların davam etdiriləcəyi barədə məlumat alınmışdı. (Tass)