Ukraynadakı Rusiya qüvvələri pilotsuz uçuş aparatlarından (PUA) istifadədə Ukrayna Silahlı Qüvvələrindən səkkiz dəfə üstündür. Bu barədə Çexiyanın irozhlas.cz xəbər portalı hərbi münaqişə zonasındakı mənbələrə istinadən məlumat yayıb.
Portal bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə o qədər çox rus PUA düşür ki, şahidlərin sözlərinə görə, Ukrayna əsgərləri hər dəfə dörd saat zindandan çıxa bilmirlər. (Tass)