Avqust 12, 2025-3:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Media sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının perspektivləri müzakirə edilib

2024:05:30 - 12:46
in SOSİAL
A A

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin nazirlikləri və dövlət qurumlarının mətbuat xidmətləri üçün keçirilən “İnformasiya xidmətləri–2024: yerli və xarici təcrübə” adlı seminar çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş baş tutub.

MEDİA-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun icra vəziyyəti müzakirə olunub.

Bununla yanaşı, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair yol xəritəsi çərçivəsində kommunikasiya sahəsinə məsul struktur bölmələrin fəaliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı birgə təcrübə mübadiləsinin aparılması, hədəf və tədbirlərin müəyyən edilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkilinin zəruriliyi vurğulanıb.

Görüş çərçivəsində media savadlılığının artırılmasında maraqlı olan dövlət orqan və qurumları, elm-təhsil müəssisələri arasında əlaqələrin formalaşdırılması, eyni zamanda, media müstəvisində informasiya hücumlarına qarşı səmərəli mübarizə metodlarının tətbiqinə həsr olunmuş dəyirmi masaların keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Azərbaycan Prezidentinin gördüyü qətiyyətli işlər cəmiyyətdə böyük inam yaradıb ŞƏRH

Növbəti Yazı

20 ildən sonra Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanır, bu ilin sonuna qədər çap oluna bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.