İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) müşaviri Səid Əlidadi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin cənub ətrafına hücumu nəticəsində həlak olub. Bu barədə İranın Student News Network (SNN) telekanalı məlumat yayıb.
Bundan əvvəl “Əl-Ərəbiyyə” telekanalı silahlı şiə birləşməsinin iki döyüşçünün həlak olması barədə məlumat yayıb.
Öz növbəsində , Sky News – Arabiya kanalı hücum qurbanlarının sayının 3-ə yüksəldiyini bildirir. Onun sözlərinə görə, ölənlər arasında İran və İraq vətəndaşları da var.
Cümə günü səhər saatlarında Suriya Müdafiə Nazirliyi İsrailin işğal altındakı Qolan təpələrindən Dəməşqin cənubundakı bir neçə hədəfə hava hücumu təşkil etdiyini bildirib.İsrail tərəfinin atdığı raketlərin bir hissəsinin Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu iddia edilir. Departamentin məlumatına görə, hücum maddi ziyanla nəticələnib. (Tass)