İranın Kirman şəhərində general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlıq yaxınlığında törədilən iki partlayış nəticəsində azı 103 nəfər ölüb, 141 nəfər yaralanıb. Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
Bundan əvvəl İslam Respublikası mediası 81 qurban haqqında məlumat yayıb.
Tasnim agentliyinin məlumatına görə, birinci partlayış Süleymaninin məzarından 700 m, ikinci partlayış isə hadisə yerindən təxminən 1 km aralıda baş verib.
Kirman əyalətinin qubernatoru partlayışları terror aktı adlandırıb. (Tass)