Suriyanın Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağının yaxınlığında yerləşən ABŞ hərbi bazası raket hücumlarına məruz qalıb. Bu barədə Şam FM radiostansiyası şahidlərə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Amerikanın hərbi obyektində bir neçə güclü partlayış səsi eşidilib.
Bundan əvvəl ABŞ-ın Əl-Cəbsa neft yatağı yaxınlığında (Həsəkə vilayətinin cənubu) Əl-Şəddadidə yerləşən daha bir hərbi bazasına çoxsaylı buraxılış raket sistemlərindən atəş açılıb. Hücumların nəticələri barədə məlumat verilmir.
Al Mayadeen telekanalının verdiyi məlumata görə , hərbi hədəflərə edilən hücumlara görə məsuliyyəti “İraqın İslam Müqaviməti” şiə hərəkatı üzərinə götürüb. (Tass)