Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qaye Erkan prezident Rəcəb Tayyib Ərdoğandan onun xahişini təsdiq etməyi xahiş edərək istefa verib.
“Hazırda iqtisadi proqramımız öz bəhrəsini verməyə başlayıb. Ehtiyatların artması, iqtisadi göstəricilər, inflyasiya tendensiyası bu uğurun sübutudur. Müsbət irəliləyişlərə baxmayaraq, ictimaiyyətə məlum olduğu kimi, son vaxtlar böyük kampaniya keçirilib. Bunun ailəmə və hələ 1,5 yaşı tamam olmayan övladıma təsir etməməsi üçün prezidentdən vəzifəyə təyin olunduğum ilk gündən şərəflə yerinə yetirdiyim vəzifələrimdən azad etməyi xahiş etdim. Erkan TRT telekanalında yayımlanan müraciətində bildirib. (Tass)