Türkiyə Hollandiyanın baş naziri Mark Rutteni NATO-nun baş katibi vəzifəsinə dəstğkləyib. Bu barədə NOS telekanalı mənbələrə istinadən məlumat yayıb.
Rutte ötən həftə Türkiyəyə səfər edib və burada ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. “Türkiyə Rutte-yə hələ də dəstək ifadə etməyən son dörd ölkədən biri idi”, “Buna görə də Türkiyənin öhdəliyi Ruttenin NATO-nun yeni Baş katibi olmaq ambisiyaları istiqamətində mühüm addımdır”.
Yens Stoltenberqin NATO-nun baş katibi kimi mandatı oktyabrın 1-də başa çatır. NOS-un məlumatına görə, Rutte indi yalnız Macarıstan, Rumıniya və Slovakiyanın dəstəyini almalıdır. Yeni Baş Katiblə bağlı qərar konsensusla qəbul edilir. NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitindən gec olmayaraq qəbul ediləcəyi gözlənilir. (Tass)