Türkiyə hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də, İran prezidenti İbrahim Rəisinin isə yanvarın 24-də respublikaya səfər edə biləcəyini gözləyir. Bu barədə Türkiyənin “Türkiye” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzet Putinin səfəri ilə bağlı əlavə təfərrüat verməyib. Yanvarın 19-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putinin Türkiyə və KXDR-ə səfərlərinin dəqiq tarixləri hələ müəyyən edilməyib və diplomatik kanallar vasitəsilə razılaşdırılır.
Rəisinin iki dəfə təxirə salınan səfəri Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına təsadüf edəcək. Onun nəticələrinə əsasən 10-a yaxın saziş və memorandumun imzalanması gözlənilir. Bundan əlavə, terrorla mübarizə mövzusu və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq. (Tass)