Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının paytaxtında ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqlar aparıb. Bu barədə TRT telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, görüşdə Qəzza zolağında tezliklə atəşkəs, anklavlara humanitar yardımın çatdırılması və Fələstin-İsrail münaqişəsinin hərtərəfli həlli məsələləri müzakirə olunub.
Ər-Riyadda Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının iclası keçirilir.