Ukrayna ordusu cəbhədə böyük çətinliklər yaşayır, Rusiya silahlı qüvvələri isə güclənir və Xersona nəzarəti geri ala bilir. Bu barədə Ukraynanın cənubunda, Xerson vilayətində yerləşən Ukrayna Silahlı Qüvvələrinin artilleriyaçısı ilə danışan RTS televiziya şirkəti məlumat verib.
Cəbhə xəttindən yenicə qayıdan Vadim adlı hərbçi bildirib ki, Dnepr çayının sağ sahilindəki ukraynalı artilleriyaçıların o biri sahildə mövqelər tutan Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərini qorumaq olduqca çətinləşib. Rusiya PUA-ları onlara böyük ziyan vurur, Ukrayna Silahlı Qüvvələri “texniki çatışmazlıq üzündən bu zərərin qarşısını ala bilmir”. RTS bildirir ki, bu mövqelər son dərəcə həssasdır və onlar daim Rusiya qoşunlarının atəşi altındadır. Bu mövqeləri saxlamaq Kiyev qoşunları üçün çox böyük xərc tələb edir. Çəkiliş qrupunun görüşdüyü ukraynalı əsgərlər “briqadalarının dörddə üçünün necə məhv edildiyini gördüklərini” deyiblər. “Biz onlara mümkün qədər kömək etməyə, sol sahildəki piyadalarımızı örtməyə çalışırıq, amma bunu edə bilmirik, təəssüf ki, ölürlər” Vadim deyib.
Onun sözlərinə görə, müharibənin ilk ayları ilə müqayisədə, Ukrayna Silahlı Qüvvələri “dronlardan istifadədə ixtiraçılıq nümayiş etdirdi”, Rusiya Silahlı Qüvvələri uyğunlaşdıqdan sonra vəziyyət indi dəyişib. İndi Rusiya Federasiyası “geniş miqyasda” İHA istehsal edir. Ümumiyyətlə, Ukrayna artilleriyası Rusiya ordusunun qüdrətindəki real artımı aydın hiss edir, televiziya şirkəti bildirib. Əksinə, Kiyev qoşunlarında ciddi şəkildə texnika çatışmır. Onlarda pilotsuz uçuş aparatlarından başqa, təyyarə, tank və xüsusilə də sursat yoxdur. Üstəlik, Ukrayna əsgərlərinin çox vaxt ən sadə minimuma belə çıxışı olmur. Vadim zirehləri öz pulu ilə aldığını bildirib. Bundan əlavə, Kiyev kadrların rotasiyasını həyata keçirmək üçün əsgər çatışmazlığı yaşayır – çoxlu sayda hərbçi ölüb və ya ağır yaralanıb və ölkə səfərbər olmaqda çətinlik çəkir, RTS bildirir. (Tass)