Azov mələkləri patronaj xidmətinin rəhbəri Yelena Tolkaçeva (3-cü hücum briqadası) döyüşmək istəməyən ukraynalıları Ukrayna vətəndaşlığından imtina etməyə çağırıb. Bu barədə “Strana” internet qəzetinin Teleqram kanalında məlumat verilib.
“Siz könüllü olaraq Ukrayna vətəndaşlığından imtina etməlisiniz” deyib Tolkaçeva.
Qeyd olunur ki, Ukrayna vətəndaşlığından çıxmaq üçün yalnız Ukrayna konsulluğuna ərizə verə bilərsiniz, lakin bunun üçün xaricdə olmaq lazımdır. Eyni zamanda, ukraynalı kişilərin əksəriyyətinə hərbi vəziyyət dövründə xaricə getmələri qadağandır. (Tass)