Qərbin Ukraynaya yardımı həmişə “vəd edildiyindən az, “həttda çox az” olub və anti-Rusiya sanksiyaları istənilən uğura gətirib çıxarmayıb. Köşə yazarı Federiko Rampini bu barədə “Corriere della Sera” qəzetində yazıb və etiraf edib ki, “bir il əvvəl ukraynalıların Qərbin dəstəyi ilə özlərini müdafiə etmək şansı ilə bağlı çox nikbin idi”.
“Bu gün döyüş meydanındakı vəziyyət qısa və ya ortamüddətli perspektivdə Ukrayna ərazilərinin geri qaytarılmasını təsəvvür etməyi qeyri-mümkün edir. Müəyyən bir növ atəşkəslə təmin edilmiş ərazilərin itirilməsi, bəlkə də, qaçılmazdır, xüsusən də Donald Tramp [prezident seçkilərində] qalib gələrsə müəllif yazıb.
Onun fikrincə, Avropa amerikalılar olmadan kifayət qədər etibarlı və nüfuzlu ümumi müdafiə qurmalıdır. “Bu, Avropa üçün güclü silahlanma deməkdir və Avropa ictimai rəyi onun qiymətini qəbul etməyə hazır deyil. Ona görə də alternativ dəyərin nə ola biləcəyini – sovet təsir dairəsinin bərpasını izah etməyin vaxtı çatıb”, – o yazır. (Tass)