Avqust 22, 2025-16:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Medianın İnkişafı Agentliyi Milli mətbuatın 150 illik yubileyi çərçivəsində seminarlara başlayıb

2025:06:19 - 18:00
in SOSİAL
A A

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında seminarlara başlanıb.

“Report” xəbər verir ki, seminarın açılışında çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva qeyd edib ki, ADA Universiteti müasir təhsil mühitində praktiki bacarıqların inkişafına xüsusi önəm verir və mətbuat tarixi, etik dəyərlər kimi mövzular üzrə keçirilən bu seminarlar jurnalistikanın ictimai funksiyasını daha dərindən dərk etməyə imkan yaradır.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədlinin təşəbbüsü ilə keçirilən seminarda “Jurnalistikanın tarixi: papirusdan kompüterə”, “Azərbaycanda milli mətbuatın yaranması və inkişaf mərhələləri”, “Müasir media mühitində milli mətbuatın maarifçilik missiyası” və “Media etikasının aktual məsələləri” mövzularında seminar və vörkşoplar təşkil olunub.

N.Məmmədli bildirib ki, milli mətbuatın 150 illik yubileyi sadəcə tarixi mərhələ deyil, eyni zamanda Azərbaycan jurnalistikasının gələcək inkişaf strategiyasını müəyyənləşdirmək üçün fürsətdir:

“Bu kimi seminarlar jurnalistlərin həm nəzəri, həm də praktiki biliklərinin artırılmasına, eləcə də etik prinsiplərə əsaslanan peşəkar medianın formalaşmasına xidmət edir”.

Seminar zamanı media etikasına dair müxtəlif praktiki situasiyalar müzakirə olunub, informasiya dəqiqliyinin təmin olunması, mənbələrin etibarlılığı və ictimai maraqların qorunması kimi məsələlərə toxunulub, eləcə də ictimai etimadın qazanılmasında etik davranışın əhəmiyyəti vurğulanıb.

Seminar interaktiv müzakirə və sual-cavab sessiyaları ilə davam edib.

Əvvəlki Yazı

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı olub

Növbəti Yazı

İsrail: İran hücumda kaset bombalarından istifadə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.