İyun 22, 2025-17:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının cari il üzrə ilk iclası keçirilib

2025:01:14 - 17:45
in SOSİAL
A A
Yanvarın 14-də Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2025-ci il üzrə ilk iclası keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən iclasda Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova tərəfindən Agentliyin keçən il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub. Hesabatda media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin, kommunikasiyaya məsul şəxslərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində beynəlxalq əlaqələrin qurulması və inkişafı, COP29 çərçivəsində Agentlik tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verilib, Şura üzvləri tərəfindən nizamnaməyə uyğun olaraq icra edilən layihələrin əhatə dairəsinin daha da genişləndirilməsi üçün yeni təkliflər irəli sürülüb.

Daha sonra Agentliyin maliyyə və təminat departamentinin direktoru Orxan Hümbətzadə qurumun Nizamnaməsinə uyğun olaraq, bütün fəaliyyət istiqamətləri əhatə edilməklə cari il üçün maliyyə planlaşdırması barədə məlumat verib, Şura üzvləri Agentliyin 2025-ci il üzrə nəzərdə tutulmuş büdcə daxilində vəsaitin bölgüsünü qənaətbəxş hesab ediblər.

Bundan əlavə, müzakirələr zamanı media sahəsinin inkişafını dəstəkləyəcək strateji layihələr, innovativ yanaşmaların təşviqi və resursların səmərəli bölüşdürülməsi məsələləri nəzərdən keçirilib, fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

MDU ilə Düzcə Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Növbəti Yazı

AQTA GMO məhsullarla bağlı sahibkarlara xəbərdarlıq edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.