Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrini İsrail Müdafiə Qüvvələrinin Qəzza sakinlərinin təcili olaraq zolağın cənubuna təxliyəsi tələblərini yerinə yetirdikləri “utanc verici sükut”a görə qınayıb.
“İsrail ordusunun tələbi ilə bir milyondan çox qəzzalı təcili olaraq zolağın cənubuna təxliyyə edilməlidir. Bütün “Qərb tərəfdaşları” utanaraq susurlar”, – o, Telegram kanalında yazıb. “Görəsən, Kiyev rejiminə böyük şəhərlərdən birinin boşaldılması tələbinə onların reaksiyası necə olacaq?” – Medvedev ritorik sual verdi.
Bundan əvvəl İsrail ordusu Qəzza şəhərinin sakinlərini Qəzza zolağının cənubuna təxliyə etməyə çağırıb. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti əlavə edib ki, sakinlər yalnız müvafiq bildirişdən sonra evlərinə qayıda biləcəklər. (Tass)