Bu gün Rusiya indiki faşistlərə qarşı mübarizə aparır və qələbə möhkəmlənmə tələb edir. Bu barədə “Birgə! Rusiya üçün!” mitinq-konsertində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedev deyib.
“Bu yer [Volqoqrad] müqəddəsdir və aydındır ki, burada müəyyən bir simvolizm həmişə olacaq. Məhz buradan bizim Qırmızı Ordumuz faşist işğalçılarını qovmağa başladı və Stalinqradda edilənlər müharibənin gedişatını dəyişdi. İkinci Dünya Müharibəsi, Böyük Vətən Müharibəsinin gedişatını dəyişdirdi.İndi biz də həyatımızın axarını dəyişməliyik, çünki ölkəmiz xüsusi hərbi əməliyyat çərçivəsində indiki, yeni faşistləri nə qədər olursa olsun dəf edir”, – Medvedev bildirib.
Siyasətçi vurğulayıb ki, “buna görə də bizə lider ətrafında konsolidasiya, partiyamız “Vahid Rusiya” daxilində konsolidasiya lazımdır. (Tass)