İranın Mehr xəbər agentliyinin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı təcavüzü Amerika administrasiyası daxilində fikir ayrılıqlarının artmasına səbəb olub.
Onun qiymətləndirməsinə görə, Ağ Evdə İslam Respublikasındakı əməliyyatın məqsədləri, miqyası və nəticələri ilə bağlı fikir birliyi yoxdur. Mehr qəzeti belə bir nəticəyə gəlir ki, “ABŞ-ın İrana hücumu yalnız Yaxın Şərqdəki vəziyyəti mürəkkəbləşdirmədi, həm də Vaşinqtondakı hakim elita daxilindəki ixtilafları üzə çıxardı”.(Tass)
