Avqust 12, 2025-7:48
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Mehriban Əliyeva: Onun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib.

Teleqraf paylaşımı təqdim edir.

“Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir.

Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin”,- paylaşımda deyilir.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti, tanınmış muğam ustası Arif Babayev avqustun 1-də səhər saatlarında müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində 87 yaşında vəfat edib.