İyun 16, 2025-4:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

MEK-də lektoriya: “Ulu Öndər Heydər Əliyevin hərb siyasətinin Zəfəri”

2023:10:31 - 13:31
in SİYASƏT
A A

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin hərb siyasətinin Zəfəri” adlı lektoriya keçirilib.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, Zəfərin üçüncü ildönümü münasibətilə təşkil edilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEK-in baş direktoru professor Məmməd Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı xilaskarlıq missiyasından danışıb: “Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Bu gün hamımız öz suverenliyini tam bərpa etmiş bir ölkənin vətəndaşı kimi böyük qürur hissi duyuruq”.

Milli Məclisin deputatları Anar İsgəndərov, Arzu Nağıyev, Musa Qasımlı Ulu Öndərin hakimiyyətə gəlişi ilə bütün sahələrdə aparılan uğurlu siyasətdən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, Azərbaycan Ordusununun qüdrətindən, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından, torpaqlarımızın suverenliyinin tam bərpa olmasından, o cümlədən tarixən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan söz açıblar. Qeyd edilib ki, Ulu Öndərin torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı mübarizə dahi Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən tarixi Zəfərlə başa çatdırıldı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Heydər Əliyevin 100 illiyində ən böyük töhfə Azərbaycanın suverenliyidir.

Şəhid Nurlan Mustafayevin anası Rəhilə Mustafayeva tarixi Zəfərlə əsrlər boyu davam edən qisasın alındığını və bütün şəhidlərlə qürur duyduğunu qeyd edib.

Lektoriyada Ulu Öndərin hərb siyasəti haqqında videoçarx nümayiş olunub, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.

Bədii hissə ilə davam edən tədbirdə vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.

Əvvəlki Yazı

Azərbaycanda doqquz ayda qeyri-neft məhsullarından ən çox elektrik enerjisi ixrac olunub

Növbəti Yazı

Bağçalara işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.