İyun 19, 2025-17:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

MEK ilə Rami Kitabxanası arasında anlaşma memorandumu imzalanıb

2025:04:07 - 13:57
in GÜNDƏM
A A

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Türkiyənin Ankara və İstanbul şəhərlərində işgüzar səfərdə olub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, səfər zamanı Hüseyn Hüseynov Beynəlxalq Kitabxana və Texnologiya Festivalına qatılıb, bir sıra görüşlər keçirib, tədbirlərdə iştirak edib.

Festival çərçivəsində kitabxanalarda süni intellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi praktikası və perspektivləri barədə fikir mübadiləsi aparılıb, kitabxanalar üçün IT həlləri və avadanlıqlar hazırlayan bir sıra şirkətlərlə görüşlər keçirilib, bu həllərin MEK-də tətbiqi ilə bağlı ilkin razılığa gəlinib. Türkiyənin akademik kitabxanalarının 80 faizi ilə sıx əməkdaşlıq edən, kitabxana avtomatlaşdırma sistemləri sahəsində yaradıcı xidmətlər göstərən Yordam şirkəti ilə öz məhsullarının MEK-də təqdimatı üçün razılıq əldə olunub, həmçinin Boclips, EBSCO və digər tanınmış rəqəmsal kitabxanalarla, eləcə də beynəlxalq məlumat bazalarının Türkiyə təmsilçiləri ilə həmin resurslara giriş qaydaları, ağıllı kitabxana idarəetmə sistemlərinin imkanları barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində MEK-in direktoru Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu və Avropanın ən böyük Kitabxanalarından olan Rami Kitabxanasının rəhbəri Əli Çelik ilə görüşüb. Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Rami Kitabxanasında baş tutan görüşdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, ölkənin aparıcı kitabxanalarının rəhbərləri iştirak edib. Görüş əsnasında kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi və bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra MEK ilə Rami Kitabxanası arasında “Qardaş kitabxanalar anlaşma memorandumu” imzalanıb.

Sənəd iki təşkilat arasında kitabxana sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandumda elmi və mədəni işbirliyi, kitab, informasiya mübadiləsi və elektron kitabxanaların tətbiqi üzrə işlərin aparılması, eləcə də ortaq layihələrin, konfransların, tədbir və simpoziumların keçirilməsi nəzərdə tutulub.

Görüş zamanı MEK-in direktoru türkiyəli həmkarına Azərbaycan xəritəsinin əks olunduğu lövhə və kitablar hədiyyə edib.

Rami Kitabxanasında olarkən MEK rəhbəri burada tətbiq edilən inklüziv xidmət, avadanlıqlar və IT həllərinin funksional-texniki imkanları, həmçinin əski Azərbaycan əlifbasını rəqəmsallaşdırmaq üçün vacib sayılan OCR texnologiyası ilə tanış olub, bu həllərin MEK-də tətbiqi ilə bağlı fikir mübadiləsi aparıb.

Əvvəlki Yazı

Peskov: Rusiya Ukraynadakı vəziyyəti həll edərkən öz maraqlarını təmin etməlidir

Növbəti Yazı

Peskov: Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.