İyun 18, 2025-1:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

2024:04:23 - 15:35
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan bildirilib. Virtual sərgidə Mərkəzi Elmi Kitabxananın zəngin fondları haqqında məlumat verilir, müxtəlif mövzuları əhatə edən yeni və maraqlı nümunələr təqdim olunur. Bunların sırasında “Azərbaycan ədəbiyyatında Vətən və dövlətçilik məfkurəsinin intibahı. Heydər Əliyevdən – İlham Əliyevə” (İsa Həbibbəyli), “Heydər Əliyev. Müdriklik mücəssəməsi: Məruzələr, çıxışlar, görüşlər, müsahibələr”, “Heydər Əliyev – İlham Əliyev müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (İsa Həbibbəyli, Vidadi Muradov), “Füzuli sənətkarlığı” (Mir Cəlal), “Böyük qayıdış”, “Zəfər salnaməsi”, “44 günlük diplomatiya”, “Baku white city 10 years”, “Karabakh before and after occupation”, “Turkic states economy”, 1901-ci ildə nəşr olunmuş Quran (alman dilində), MEK-in həcmcə ən böyük (“Holy carpet of the mosqueat Ardebil”), ən kiçik (Yanka Kupala, “Şeirlər”) və ən qədim kitablarını (müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət Heptalogiya- 1502-ci il) və başqa dəyərli nəşrlər öz əksini tapıb. Həmçinin sərgidə Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib edilən biblioqrafik göstəricilər və informasiya bülleteni (“Görkəmli dövlət xadimi Heydər “Əliyev”, “Zərifə Əliyeva”, “Qərbi Azərbaycan” və s.) də yer alıb.

Qeyd edək ki, kitabxananın Sərgi salonunda eyniadlı ənənəvi kitab sərgisi də təşkil edilib. Ənənəvi kitab sərgisində Heydər Əliyev irsinin kitabxanalarda təbliği, kitabxanaların tarixi, iş prinsipi, etikası, metodologiyası, kitabxanalarda şəbəkələrin təşəkkülü, elektronlaşdırılması, kitab nəşri, müəlliflik hüququ və əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda müxtəlif dillərdə kitablar nümayiş olunur.

Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

Əvvəlki Yazı

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Növbəti Yazı

Ağdamda əmək yarmarkası keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.