Meksikada keçirilən prezident seçkilərində bülletenlərin 25%-i işləndikdən sonra 57,3% səslə hökumətyönlü “Tarixi Birlikdə Yaradaq” koalisiyasının namizədi Klaudiya Şeynbaum liderlik edir. Səsvermənin nəticələri Respublika Milli Seçki İnstitutunun saytında dərc olunub.
Onun əsas rəqibi “Meksika üçün güc və ürək” müxalifət alyansından Xochitl Galvez 30% səs toplayır. Üçüncü yerdə seçicilərin 10%-nin səs verdiyi Vətəndaş Hərəkatından Xorxe Alvares Maines qərarlaşıb.
Meksika seçki komissiyasının ilkin məlumatlarına görə, seçkilərdə iştirak 59,7% təşkil edib. (Tass)