Avqust 27, 2025-5:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Meksikalı tələbələr Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

2024:10:25 - 14:00
in SİYASƏT
A A

Latın Amerikası regionunun və Meksikanın nüfuzlu ali təhsil müəssisələrindən olan Meksika Milli Muxtar Universitetinin (UNAM – Universidad Nacional Autónoma de México) Siyasi və Sosial Elmlər Fakültəsinin tələbələri Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovla görüşüb.Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.Səfirlikdə keçirilmiş görüşdə tələbələrə müasir Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti sayəsində dövlətimizin quruculuğu istiqamətində atılmış mühüm addımlar, o cümlədən ölkəmizin ikitərəfli və çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi, enerji resurslarının dünya bazarlarına çıxarılması, genişmiqyaslı enerji və nəqliyyat layihələri barədə ətraflı məlumat verilib. Bu xüsusda, Avropanın enerji təhlükəsizliyində ölkəmizin müstəsna roluna diqqət çəkilərək, Azərbaycanın etibarlı və vacib tərəfdaş olduğu vurğulanıb.M.Talıbov, həmçinin bölgədəki yeni reallıqlardan, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindən, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, mövcud mina təhlükəsindən, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışının həyata keçirilməsi istiqamətində atılan addımlardan bəhs edib.Səfir ölkəmizin neft-qaz strategiyası, iqtisadi inkişaf göstəriciləri, Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlər, BMT-dən sonra ən iri təşkilat olan Qoşulmama Hərəkatına, BMT Təhlükəsizlik Şurası və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrlik təcrübəsi barədə tələbələri məlumatlandırıb. Eyni zamanda, Azərbaycanın COP29-a ev sahibliyi istiqamətində görülən hazırlıq tədbirlərindən bəhs edib. COP29 sədrliyi çərçivəsində ölkəmiz tərəfindən irəli sürülən bir sıra təşəbbüslərdən danışan səfir, əsas məqsədin iqlim fəaliyyətini irəlilətmək, maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişikliklərinə qarşı mübarizə ilə bağlı ambisiyaları artırmaq və bu mövzu üzrə fəaliyyətə təkan vermək olduğunu vurğulayıb.Meksika ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə toxunan M.Talıbov əlaqələrdə artan müsbət dinamikadan da söz açıb. Bu xüsusda, son dövrlərdə həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında mədəniyyət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən söz açılıb.Görüşdə, həmçinin Azərbaycanın bu gün xarici tələbələr üçün yaratdığı təhsil imkanları, o cümlədən təcrübə və təqaüd proqramları barədə geniş məlumat verilib.Tələbələr tərəfindən maraqla qarşılanan təqdimat sual-cavab sessiyası ilə davam etdirilib.

Əvvəlki Yazı

Nikaraqua ABŞ və NATO-nu bəşəriyyətin düşmənləri adlandırıb

Növbəti Yazı

İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İsrailin İrana zərbə endirmək planlarını qəsdən dərc etdiyini bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.