Yaranan uçurumu aradan qaldırmaq üçün Avropa və ABŞ arasında münasibətlər yenidən qurulmalıdır. Bu fikirləri Almaniya kansleri Fridrix Merts Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən bildirib.
Baş nazir qeyd edib ki, “İcazə verin, narahatedici bir həqiqətdən başlayım: Avropa və ABŞ arasında münasibətlərdə çat yaranıb”. O, ABŞ-ın vitse-prezidenti J.D. Vensin ötən ilki təhlükəsizlik konfransında “bunu çox açıq şəkildə bildirdiyini” qeyd edib.
Kansler bildirib ki, “Əgər tərəfdaşlığımızın gələcəyini istəyiriksə, onu ikili məna ilə yenidən qurmalıyıq”. Merz ABŞ-ın da NATO tərəfdaşlarından asılı olduğunu iddia edib. “Supergüclər dövründə ABŞ da bu etibardan asılıdır. Hətta təkbaşına hərəkət etsələr belə, öz güclərinin həddinə çatacaqlar”. (Tass)
