Almaniya kansleri Fridrix Merz bildirib ki, Avropa öz sistemlərini Ukraynaya təhvil verərsə, ABŞ Almaniya və digər Aİ ölkələrinə Patriot hava hücumundan müdafiə sistemləri vəd edib. Detallar müzakirə olunur.
“ABŞ hökuməti ilə Patriot sistemlərini bizə – Almaniyaya və Avropa İttifaqına təhvil verməklə bağlı ümumi razılıq var və biz də öz növbəmizdə əlimizdə olan Patriot sistemlərini Ukraynaya tədarük edəcəyik. Yəni, biz əvəzedici sistemləri tədarük edirik və alırıq. Lakin bu əvəzetmə hələ alınmayıb. Hazırda ABŞ hökuməti ilə əvəzetmənin haradan gəlməsi ilə bağlı danışıqlar aparılır”, – Merz Berlində keçirilən birgə mətbuat konfransında bildirib.
“Ancaq Amerika hökuməti əvəzedici alacağımıza dair əsaslı söz verdi” dedi Merz. Onun sözlərinə görə, indi müdafiə nazirləri arasında detalları razılaşdırmaq qalır. Støre Norveçin Ukrayna hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə əhəmiyyətli maliyyə töhfəsi verməyə hazır olduğunu bəyan edib. (Tass)