Almaniya və Fransa Avropanın nüvə çətiri yaratmaq imkanlarını müzakirə edirlər. Bu barədə Almaniya kansleri Fridrix Merts Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
“Mən Fransa prezidenti Emmanuel Makronla Avropanın nüvə silahlarından çəkindirmə proqramı ilə bağlı ilk danışıqlara başladım”, – deyə o bildirib.
2025-ci ilin mart ayında Makron həmvətənlərinə müraciət edərək, Fransanın nüvə silahından çəkindirmə sisteminin himayəsi altında Avropa ölkələrini qəbul etmək ehtimalı ilə bağlı müttəfiqləri ilə müzakirələrə başlayacağını elan etdi. Almaniya, Polşa, Litva və Danimarka bu müzakirəyə açıq olduqlarını bildirdilər. “Financial Times” qəzeti qeyd edib ki, ABŞ-ın Avropadakı müttəfiqləri ABŞ administrasiyasının Rusiya ilə yaxınlaşma siyasətinə görə öz nüvə qalxanlarını yaratmaq imkanlarını araşdırırlar. (Tass)
