Almaniya kansleri Fridrix Merz (Xristian Demokratik İttifaqı, CDU) Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq və anklav əhalisinin humanitar yardıma çıxışını təmin etmək üçün İsrailə təzyiq etmək niyyətindədir. O, bu barədə Berlində Çexiyanın Baş naziri Petr Fiala ilə birgə mətbuat konfransında bildirib.
“Mən indi həqiqətən, həqiqətən də İsrail hökumətini genişmiqyaslı hərbi müdaxiləni dayandırmağa, atəşkəsi mümkün etməyə və hər şeydən əvvəl əhalinin humanitar yardıma çıxışını asanlaşdırmağa çağırmaq istəyirəm” deyib Merz. O, Almaniyada hakim koalisiya daxilində bu məsələdə fikir ayrılığının olmadığını vurğulayıb. (Tass)