İyun 16, 2025-17:44
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Mikayıl Cabbarov Andrey Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat verib.

“Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, biznes missiyalarının təşkili, işgüzar əlaqələri təşviq edən platformaların təkmilləşdirilməsi barədə müzakirələr apardıq. Həmçinin nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsində rolu barədə fikirlərimizi bölüşdük”, – nazir qeyd edib.