May 18, 2025-13:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Mikayıl Cabbarov AYİB-in birinci vitse-prezidenti ilə görüşüb

2023:12:13 - 16:00
in İQTİSADİYYAT
A A

Birləşmiş Krallığa səfər çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bərpa olunan enerji, özəl sektorun dəstəklənməsi və informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.

“APA-Economics”in İqtisadiyyat Nazirliyinə istinadən xəbərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri çərçivəsində Londonda AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, AYİB-ə ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib. Nazir ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinin qlobal məqsədlərə uyğunluğunu vurğulayaraq, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün səylərin birləşdirilməsinin önəmini qeyd edib. Bildirilib ki, bu kontekstdə Bankla “yaşıl” iqtisadiyyat, enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq praktiki addımların müzakirəsi vacibdir.

Birinci vitse-prezident Yurgen Riqterink ikitərəfli əməkdaşlıq portfelinin mühüm məsələləri əhatə etdiyini və Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüslərinin tərəfdaşlığı stimullaşdırdığını diqqətə çatdırıb.

Tərəflər Bankla tərəfdaşlıq perspektivləri, bərpa olunan enerji, özəl sektorun dəstəklənməsi və informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Əvvəlki Yazı

Bu il Qarabağ və Şərqi Zəngəzurda 11 baza stansiyası tam təmir edilib və qurulub

Növbəti Yazı

Bu gün Füzuliyə köçən ailələrə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.