Avqust 12, 2025-12:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

“Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində tədbir təşkil olunub

2025:06:30 - 15:35
in GÜNDƏM
A A

Bakı şəhəri Xətai Sənət Mərkəzində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində ilk tədbir keçirilib. Layihə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi kiçik qrant müsabiqəsində qalib olub və Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri və aparıcısı Güllü Eldar Tomarlı çıxışında layihənin mahiyyəti, məqsədləri və həyata keçiriləcək fəaliyyətlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihə Azərbaycan xalqının zəngin geyim mədəniyyətinə aid kişi və qadın baş geyimlərinin – kəlağayı, örpək, papaq, araqçın və digər ənənəvi örtüklərin tədqiqi, sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Solmaz Kosayeva çıxış edərək layihənin milli dəyərlərin qorunmasında və təbliğində mühüm rol oynadığını vurğulayıblar.

Tədbir çərçivəsində Azərbaycan kişilərinə və qadınlarına məxsus müxtəlif dövrlərə aid baş geyimlərinin təqdim olunub. Tədbirin bədii hissəsində quramaçı Aybəniz Camalovanın hazırladığı “Kəlağayı kompozisiyası” nümayiş edilib. Eyni zamanda, qədim toxuculuq sənətinə dair təqdimat keçirilib.

Layihə çərçivəsində bu qəbildən olan tədbirlərin növbəti mərhələdə Salyan, Hacıqabul, Saatlı və Kürdəmir rayonlarında da keçirilməsi planlaşdırılır.

 

Əvvəlki Yazı

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans başa çatıb

Növbəti Yazı

Kitabxanada “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” adlı tədbir təşkil edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.