Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin yubileyi münasibətilə “Akademik Teymur Kərimli” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, Teymur Kərimlinin müəllifi olduğu kitablar, məqalələr, həmçinin tərcümə və redaktə etdiyi kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Teymur_Kerimli/index.htm linkindən istifadə edə bilərlər.