May 10, 2025-3:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Milli Kitabxanada “Azərbaycanın Xalq şairi Məmməd Araz – 90” adlı elektron məlumat bazası

2023:10:13 - 11:31
in SOSİAL
A A

Bu il Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 90 ili tamam olur. Bu münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycanın Xalq şairi Məmməd Araz – 90” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Məmməd Araz haqqında”, “Əsərləri”, “Haqqında nəşrlər”, “Sözləri Məmməd Arazındır”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan materiallar tam mətnləri ilə verilib.

Elektron məlumat bazasında həmçinin şairin şeirlərinə bəstələnmiş mahnılar, Məmməd Arazın radio çıxışı, həyat və fəaliyyətini əks etdirən fotolar və digər sənədlər də yer alıb.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər bu linkindən http://anl.az/el/emb/M.Araz/index.html istifadə edə bilərlər.

Həmçinin Milli Kitabxanada “Xalq şairi Məmməd Araz – 90” adlı ənənəvi kitab sərgisi açılıb. Sərgi bir həftə davam edəcəkdir.

Qeyd edək ki, çağdaş milli şeirimizin dəyərli poetik nümunələrini yaradan ustad Məmməd Arazın bədii irsində Vətən müqəddəsliyi, xalq məhəbbəti özünəməxsus yer tutur. Məmməd Araz milli istiqlalımızın önəmli simalarından biri olub. Şairin “Ayağa dur, Azərbaycan” və bu kimi şeirləri 1988-90-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi təkan rolunu oynayıb. Xalq şairi Məmməd Araz hələ sağlığında Ulu Öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülüb, dövlət mükafatı alıb və “İstiqlal” ordeni ilə təltif edilib.

Əvvəlki Yazı

Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilir

Növbəti Yazı

Media: Sorğuda iştirak edən israillilərin demək olar ki, 50%-i Netanyahunun yerinə Qantsı baş nazir görmək istəyir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.