Milli Kitabxana 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar virtual sərgi və ənənəvi kitab sərgisi hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan qadınının cəmiyyət həyatında rolu, onun mərdliyi, saflığı, sədaqəti, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasındakı xidmətləri və gender bərabərliyi ilə bağlı dövri mətbuatda dərc edilmiş məqalələr, fotolar və kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə “Azərbaycanda qadın məsələsi: tarix və müasirlik” (XIX əsrin sonu – XX əsrin əvvəli), “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti”, “Tarixə adını yazan Azərbaycan qadınları”, “Azərbaycan dövlətçiliyində qadınların rolu”, “Qadın problemləri”, “Dünya qadın həmrəyliyi” və digər mövzularda Azərbaycan və xarici dillərdə nəşrlər təqdim olunur. Sərgi bir həftə davam edəcək.