Avqust 20, 2025-23:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Milli Kitabxanada “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı kitab sərgisi açılıb

2024:03:26 - 15:30
in SOSİAL
A A

Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyi münasibətilə Milli Kitabxanada ədibin həyat yolu, fəaliyyəti və yaradıcılığı ilə bağlı “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı geniş kitab sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə yazıçının əsərləri, dünya ədəbiyyatından tərcümələri, tərtib və redaktə etdiyi kitablar, haqqında yazılmış Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Xalq yazıçısı İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub.

İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatı tarixinə böyük həcmli əsərləri ilə bərabər, həm də hekayələri, publisist və tənqidi, ədəbi prosesləri əks etdirən məqalə və çıxışları, dərslik və tərcümələri ilə daxil olan görkəmli yazıçı, alim-pedaqoq, ədəbiyyatşünasdır. O, daim xatırlanan, ən çox oxunan, yerli və xarici oxucuların diqqətini cəlb edən, əsərləri müxtəlif xalqların dilinə tərcümə olunan yazıçılardandır.

İsmayıl Şıxlı ədəbiyyata şeirlə gəlsə də, ancaq özünü nəsrdə tapıb və müasir ədəbiyyatımızda nəsrin ən görkəmli nümayəndəsi kimi şöhrət qazanıb. Yazıçının “Kerç sularında”, “Dağlar səslənir”, “Daşkəsən”, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” və sair əsərləri ədibə ümumxalq məhəbbəti qazandırıb.

“Dəli Kür” romanı nəsrimizin şah əsərlərindən sayılır və yazıçı istedadının nələrə qadir olduğunu, səviyyəsini ortaya qoyur.

Əvvəlki Yazı

Lukaşenko Moskva və Minskin Qərbə hücum planları ilə bağlı bəyanatları “cəfəngiyyat” adlandırıb.

Növbəti Yazı

DİN əməliyyat keçirib, 6 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.