Avqust 20, 2025-18:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Milli Kitabxanada “Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi açılıb

2025:08:08 - 16:15
in MƏDƏNİYYƏT
A A

Milli Kitabxanada yazıçı-publisist, filologiya elmləri doktoru, Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı və təbliğatçısı Almaz Ülvinin anadan olmasının 65 illik yubileyi münasibətilə “Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Almaz Ülvinin müəllifi olduğu əsərlər, monoqrafiyalar, dərsliklər, tərtibçisi olduğu, nəşrə hazırladığı, “Ön söz” yazdığı və redaktoru olduğu kitablar, yaradıcılığı haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Qeyd edək ki, Almaz Ülvi 1995-ci ildə “Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi” mövzusunda namizədlik, 2010-cu ildə “XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi, tarixi publisistik məqalələri ilə çıxış edir. Müxtəlif qəzet və jurnallarda, kitab, almanax və elmi toplularda, dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, özbək, rus, ingilis, gürcü, tatar və s. dillərdə elmi məqalələri çıxıb.

Müəllif ilk kitablarını 1990-cı illərdən çap etdirməyə başlayıb. Gənc şəhid şair Ülvi Bünyadzadəyə həsr olunmuş “Poeziyada milli-azadlıq duyğuları” (1997) və “Ülviləşən Ülvim” (1998) kitablarının müəllifi, “Ülvi duyğularım” (1990), “Bir ölümün acığına” (1993), “Ömrüm sənin eşqindi” (1998) “Sənin oxşarın bənövşədi” (2005), “Ömür yolu” (poema 5 dildə, 2009) və bir sıra digər kitabların toplayanı, tərtib edəni, nəşrə hazırlayanı və ön sözünün müəllifidir.

Almaz Ülvi elmi fəaliyyətinin 30 ilini özbək ədəbiyyatının Azərbaycanda öyrənilməsinə həsr edib. Bütövlükdə Əlişir Nəvai və özbək ədəbiyyatı mövzusunda kitablar və elmi məqalə nəşr etdirib. Eləcə də Azərbaycan-özbək ədəbi əlaqələri tarixində ilk dəfə olaraq “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət (25000 söz)” kitabının müəlliflərindən biridir.

Əvvəlki Yazı

Təcridxanaya telefon keçirilməsinin qarşısı alınıb

Növbəti Yazı

ADA Universiteti “Azərbaycan” qəzetinin (1918-1920-ci illər) tam külliyyatından XIII cildi nəşr edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.