Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi deyib.
“Bizə müasir studiyalar lazımdır. Azərbaycan muğamları, aşıq musiqi, simfoniyalar, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov… Bunları yenidən o səviyyədə yazmaq lazımdır ki, dünya qəbul edib, bəyənsin. Dəfələrlə konsertlərdə olanda xarici orkestrlərin rəhbərləri bizə yaxınlaşıb deyiblər ki, necə gözəl musiqiniz var, biz bu musiqini niyə bilmirik. Belə problemlərimiz var. Bu, bizi çox narahat edir. Bu studiyalar bizə, ilk növbədə, öz mədəniyyət tariximizi qoruyub saxlamaq üçün lazımdır. Mən 10 ildir bu məsələləri səsləndirirəm”, – deyə rektor bildirib.
Azərbaycan milli musiqisini yazıb dünyaya yaymaq üçün beynəlxalq səviyyədə studiya tikdiklərini söyləyən Siyavuş Kəriminin deyib ki, onu işlək vəziyyətə gətirmək üçün təxminən 20 milyon dollara yaxın vəsait lazımdır: “Bununla bağlı aidiyyəti qurumlara məktublar da yazılıb, müraciətlər də edilib…”
Müsahibənin geniş variantı ilə bu linkdə tanış ola bilərsiniz.