İyun 18, 2025-18:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Milli Kulinariya Mərkəzi COP29-a hazırlıqlar çərçivəsində təlimlər keçirib

2024:11:01 - 16:20
in SOSİAL
A A

Dövlət Turizm Agentliyi və tabeliyindəki Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə turizm sənayesinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinə hazırlığı çərçivəsində hotel restoranları və digər ictimai-iaşə obyektlərinin əməkdaşları üçün təşkil edilən təlimlər başa çatıb.“Report” bu barədə agentliyə istinadən xəbər verir.Məlumata görə, 30 gün davam edən təlimlərdə həm sərbəst, həm də hotellərin tərkibində fəaliyyət göstərən 220 ictimai-iaşə müəssisəsindən ümumilikdə 500-dən çox sənaye üzvü iştirak edib.Təlimlərdə, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri qida təhlükəsizliyi və müvafiq qanunvericilik haqqında məlumat verib.Təlimi keçən 12 nəfərə Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) beynəlxalq ekspertləri 8 gün ərzində “Təlimçilərin Təlimi” proqramı tədris edin.Onlara keçirilən təlimlər nəzəri və praktiki olmaqla, 2 hissədən ibarət olub və qida təhlükəsizliyi, milli və beynəlxalq menyular, veqan/vegeterian paketlərinin gündəlik menyuya daxil edilməsi texnikası, mətbəxlərdə karbon emissiyasının azaldılması, qida iaşə fəaliyyətlərində ekoloji dayanıqlılığın təmini, müştəri məmnuniyyətinin təkmilləşdirilməsi və mətbəx xidməti kimi mövzuları əhatə edib.Yerli təlimçilər bu mərhələni uğurla tamamladıqdan sonra imtahan verərək ikinci mərhələdə iştirak etmək şansı əldə ediblər. Daha sonra sənaye subyektlərinin administrativ və mətbəx personalına təlimlərə başlayıblar.Layihənin əsas məqsədi COP29 zamanı və ondan sonrakı dövrdə sənaye subyektlərin qeyd olunan mövzular üzrə beynəlxalq standartlar əsasında hazırlanmasına və sənayenin inkişafına dəstək verməkdir.

Əvvəlki Yazı

Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib

Növbəti Yazı

Ramil İsgəndərli: COP29 ərəfəsində keçirilən bu tədbir yerli QHT-lərin yaşıl dünyaya töhfəsidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.