Avqust 12, 2025-3:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Milli Məclis kommersiya məhkəmələrinə yeni səlahiyyətin verilməsinə dair layihəni təsdiqləyib

2023:12:26 - 12:12
in SİYASƏT
A A

Milli Məclis kommersiya məhkəmələrinə yeni səlahiyyətin verilməsininə dair layihəni qəbul edib.

“Report”un xəbərinə görə, bu, parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, tərəflər arasında digər razılıq yoxdursa, məhkəmələr arbitraja münasibətdə aşağıdakı yardım funksiyalarını yerinə yetirəcəklər:

– Arbitrin təyin edilməsi ilə bağlı məsələlərin həlli;

– Arbitrə etiraz edilməsi ilə bağlı məsələlərin həlli;

– Arbitrin səlahiyyətlərinə (mandatına) xitam verilməsi ilə bağlı məsələlərin həlli;

– Müvəqqəti təminat tədbirlərinin tətbiqi;

– Sübutların təmin edilməsinə yardım.

Məhkəmənin yardım funksiyasının yerinə yetirilməsi ilə bağlı arbitraj sazişinin tərəfi, yaxud arbitraj məhkəməsi müraciət edə bilər.

Arbitrin təyin edilməsi və arbitrə etiraz edilməsi ilə bağlı məsələlərin həlli ilə bağlı ərizə müraciət edən şəxsin müraciətə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 30 gün ərzində verilir.

Arbitrin təyin edilməsi, arbitrə etiraz edilməsi, arbitrin səlahiyyətlərinə (mandatına) xitam verilməsi, müvəqqəti təminat tədbirlərinin tətbiqi və sübutların təmin edilməsinə yardım funksiyalarına münasibətdə ərizə arbitrajın yeri üzrə Azərbaycan ərazisində kommersiya məhkəməsinə, müvəqqəti təminat tədbirlərinin tətbiqi və sübutların təmin edilməsinə yardım funksiyalarına münasibətdə isə arbitrajın yeri müəyyənləşdirilməmişdirsə və ya xarici ölkədədirsə, yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə verilir.

Sübutların təmin edilməsinə dair yardım üzrə işlərdə ərizə həmçinin müvafiq prosessual hərəkətlərin yerinə yetirilməli olduğu yer üzrə kommersiya məhkəməsinə verilə bilər.

Tərəflərin razılığı olduğu təqdirdə, beynəlxalq arbitraja münasibətdə arbitrajın yeri müəyyənləşdirilmədikdə və arbitraj mübahisəsi tərəflərindən ən azı birinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer və ya tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqda, həmin tərəfin adətən yaşadığı yer (tərəf fiziki şəxsdirsə) və ya daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer (tərəf hüquqi şəxsidirsə) Azərbaycan ərazisində yerləşdikdə, arbitrin təyin edilməsi, arbitrə etiraz edilməsi və arbitrin səlahiyyətlərinə (mandatına) xitam verilməsi ilə bağlı məsələlərin həlli ilə bağlı yardım funksiyalarına münasibətdə ərizə yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə verilir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Əvvəlki Yazı

Milli Məclis “Arbitraj haqqında” yeni qanunu qəbul edib

Növbəti Yazı

Prezident gələn ilin dövlət büdcəsini təsdiqləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.