“Əslində, bu bizim üçün təəccüblü deyildir. Niderlandın müstəmləkəçilik keçmişi Asiya, Afrika və Amerikanın çoxsaylı xalqlarının əsarət altına alınması və istismar edilməsi, onlara qarşı törədilən cinayət faktları ilə zəngindir. Müstəmləkə imperiyasını qəddar taktikanın köməyi ilə genişləndirən Niderland həmişə mənfəəti insan hüquqlarından üstün tutub. Niderlandın inkişafında müstəmləkə əsarətində olan ölkələrin milli sərvətlərinin talan edilməsinin böyük payı olub. Bu gün də dünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə saxlayan Niderlandın öz müstəmləkəçilik tarixinin ağır nəticələrinin aradan qaldırılmasına səy göstərdiyini bəyan etməsi riyakarlıq kimi qiymətləndirilməlidir”.
Milli Məclis Niderland Parlamentinin Nümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxslərini Cənubi Qafqaz bölgəsində sülh və sabitlik yaradılması səylərinə mane olan hərəkətlərə son qoymağa çağırıb. Parlament Niderland Krallığı da daxil olmaqla, bütün dövlətlərlə konstruktiv dialoqu və əməkdaşlığı dəstəklədiyini bildirib, bu cür dialoq və əməkdaşlığın qarşılıqlı hörmətə və faktların vicdanlı etirafına əsaslanmalı olduğunu xatırladıb.